“Kartofla qidalanma çəkinin artmasına səbəb ola bilər. Nişastalı tərəvəz çoxlu yağ, yağlı ətlər, həmçinin sıx yağlı souslar ilə müşayiət olunur.
Kartofu ətsiz, heyvan zülalından ayrı - məsələn, tərəvəz, duzlu kələm ilə yemək məsləhətdir”.
Foodinfo.az “Medicina”a istinadən xəbər verir ki, diyetoloq Zarina Serebrova karfofu gündüz, günün birinci yarısı qəbul etməyi tövsiyə edib.
“Bu vaxtlarda həzm sistemi daha aktivdir və kartofu daha tez həzmə verir.
Diabet, piylənmə, aşağı turşuluq səviyyəsi olan qastritdə kartof çox ehtiyatla yeyilməlidir. Pəhrizdə onun miqdarı çox aşağı olmalıdır.
Oturaq həyat tərzi keçirən bir çox insanlar qəbzlik və metoirizmə meyillidirsə, pəhrizdə çox miqdar kartof qəbulu zərərli ola bilər.
Əgər insanda fərdi dözümlülük varsa, kartof qəbulundan tamamilə imtina edə bilər və orqanizmdə heç bir fəsad törətməyəcək”.