Azərbaycandan xaricə nar ixracı artıb. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir. Belə ki, ötən il Azərbaycan xaricə 23 min 335.01 ton nar satıb. Bu satışdan ölkənin gəliri 31 milyon 564.43 min ABŞ dolları olub. 2021-ci ilə nisbətən nar ixracı miqdar ifadəsində 1 616.07 ton və ya 7.5% artıb. İxrac gəlirləri isə illik müqayisədə 2 milyon 310.76 min ABŞ dolları və ya 7.9% çox olub.