Çay Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Bu içki səhər yeməyindən tutmuş axşam söhbətlərinə qədər hər an bizi müşayiət edir və düzgün dəmləndikdə ləzzəti ikiqat artırır. 

Ancaq mükəmməl çay dəmləmək göründüyü qədər asan deyil. Dadlı çayın sirri istifadə olunan inqrediyentlərdən tutmuş dəmləmə üsuluna qədər bir çox amillərdən asılıdır. 

Foodinfo.az dadlı çay dəmləmək üçün bəzi məsləhətlər təqdim edir.

1. Keyfiyyətli sudan istifadə edin:

Çayın ləzzəti üçün keyfiyyətli sudan istifadə etmək çox vacibdir. İçməli su və ya distillə edilmiş suyu seçə bilərsiniz.

2. Çaydan seçimi:

Çay dəmləmək üçün uyğun ölçülü şüşə və ya çini çaydanı seçin. Metal çaydanlar çayın dadına təsir edə bilər.

3. Çayın miqdarı:

Bir fincan üçün adətən bir çay qaşığı çay istifadə olunur. Ancaq çayın miqdarını öz zövqünüzə görə tənzimləyə bilərsiniz.

4. Suyun temperaturu:

Çay dəmləmək üçün ideal suyun temperaturu 90-95°C arasındadır. Qaynar su istifadə etməkdən çəkinin, çünki bu, çayın acı olmasına səbəb ola bilər.

5. Vaxt ölçüsü:

Qara çay üçün ideal dəmləmə müddəti 3-5 dəqiqə, yaşıl çay üçün isə 2-3 dəqiqədir. Bu müddətləri aşmamağa diqqət edin.

7. Stəkan seçimi:

Çayınızı içmək üçün nazik çərçivəli stəkan və ya çini fincan seçin. Plastik fincanlar çayın dadına təsir edə bilər.

8. Şəkər və süd:

Çayınıza şəkər və ya süd əlavə etmək istəyirsinizsə, dəmləndikdən sonra edin. Çünki şəkər və ya süd çayın dəmlənməsi prosesinə təsir edə bilər.

9. Təzə çaydan istifadə edin:

Çayınızın təzəliyi onun dadına təsir edir, ona görə də mümkünsə təzə çay seçin.

Lzzətli çay dəmlədikdən sonra onu ləzzətlə için və çayınızın dadından həzz alın.