Son illərdə sağlamlıqla bağlı tövsiyələr arasında limonlu su və sirkəli su gündəmdə olan içkilərdir. 

Foodinfo.az xəbər verir ki, hər iki qarışım detoks, arıqlama, həzm və immunitet baxımından tövsiyə olunsa da, onların təsir sahələri və istifadə qaydaları fərqlidir.

Limonlu suyun faydaları:

- C vitamini ilə zəngindir, immun sistemini gücləndirir.

- Bədənin pH balansını tənzimləməyə kömək edir.

- Həzm sistemini stimullaşdırır, qəbizliyin qarşısını alır.

- Dərinin parlaqlığını artırır, antioksidant təsir göstərir.

- Ağız qoxusunu azaldır.

Kimlər üçün uyğundur?

- Mədə turşuluğu olmayanlar

- Səhərlər enerjili başlamaq istəyənlər

- İmmunitetini gücləndirmək istəyənlər

Sirkəli suyun faydaları:

- İnsulin həssaslığını artırır, qanda şəkərin stabilləşməsinə kömək edir.

- Arıqlama prosesini dəstəkləyir, iştahanı azaldır.

- Antibakterial xüsusiyyətlərə malikdir, bəzi mikroblarla mübarizə aparır.

- Həzm fermentlərini stimullaşdırır.

Kimlər üçün uyğundur?

- İnsulin müqaviməti olanlar

- Arıqlamaq istəyənlər

- Bakterial problemlərlə mübarizə aparanlar

Limonlu su və sirkəli su fərqli təsirlərə malik, faydalı içkilərdir. Birini digərindən daha üstün saymaq doğru olmaz – məqsədə görə seçim edilməlidir. Mədə problemi olan şəxslər isə hər iki içkini ehtiyatla istifadə etməlidir.

Təbii şəkildə hazırlanan və mütəmadi, lakin ölçülü şəkildə qəbul edilən bu qarışıqlar sağlam həyat tərzinə kiçik, amma dəyərli töhfələr verir.