
Süd və kefir gündəlik qidalanmada sıx istifadə olunan, qida dəyəri yüksək olan içkilərdir. Hər ikisi protein, kalsium və B vitaminləri ilə zəngindir. Amma onlar arasında bəzi fərqlər var ki, bu da onların orqanizmə təsirini dəyişə bilir.
Foodinfo.az xəbər verir ki, kefir canlı probiyotiklər (yaxşı bakteriyalar) baxımından zəngindir. Bağırsaq mikroflorasını tənzimləyir, həzmi asanlaşdırır, immuniteti gücləndirir. Laktaza fermenti ifraz edən bakteriyalar sayəsində laktoza dözümsüzlüyü olan insanlar tərəfindən də daha rahat həzm olunur. Tərkibindəki probiyotiklər immun hüceyrələrinin fəaliyyətini gücləndirir. Antibakterial və antifungal təsirə malikdir.
Süd təbii protein və kalsium mənbəyidir. Amma laktoza dözümsüzlüyü olan şəxslərdə qaz, şişkinlik, ishal kimi problemlərə səbəb ola bilər. Təbii immun dəstəyi verir, amma probiotik təsiri yoxdur.
Hər ikisi yüksək keyfiyyətli heyvan mənşəli proteinlərlə zəngindir. Bədən üçün əvəzolunmaz amin turşuları təmin edir.
Fayda baxımından bərabərdirlər, amma kefirdə fermentasiya səbəbilə zülallar daha asan sorulur. Kefir fermentasiya olunmuş məhsul olduğu üçün antioksidant təsirli maddələr, fermentlər və B vitaminlərini daha yaxşı tərkibində saxlayır. Bu, onu bioloji aktivlik baxımından süddən üstün edir.
Kefir süddən daha üstün funksional qida sayılır, xüsusilə həzm sistemi və immunitetə təsiri baxımından. Əgər sağlam bağırsaq və güclü immunitet istəyirsinizsə, gündəlik qidalanmanıza kefiri daxil etmək daha məntiqli seçimdir.