
Əksəriyyətin düşündüyünün əksinə olaraq, meyvələr sağlam qida olsa da, bəzi meyvələr yüksək şəkər və kalori tərkibinə görə kökəltmə potensialına malikdir, xüsusilə çox miqdarda və təkbaşına qida kimi istifadə olunarsa.
Foodinfo.az kökəlməyə səbəb olan meyvələri təqdim edir:
Banan
Yüksək karbohidrat və şəkər tərkiblidir (xüsusilə yetişmiş banan). İdmançılar üçün enerji mənbəyidir, amma oturaq həyat tərzi olanlar üçün enerjini yığıb saxlayır.
Üzüm
Tərkibində fruktoza (meyvə şəkəri) çoxdur. Çox miqdarda yeyildikdə artıq kalori yaradır.
Manqo
Tropik meyvədir və şəkər tərkibi yüksəkdir. Şirinliyi və ləzzəti səbəbindən çox yeyilir.
Əncir (təzə və ya quru)
Quru əncir xüsusilə şəkərlə və kalori ilə zəngindir. 3–4 quru əncir belə 100 kalorini keçə bilər.
Xurma
Ən yüksək şəkər tərkibli meyvələrdən biridir. Kiçik olmasına baxmayaraq çox enerjilidir və artıq miqdarda kökəldə bilər.
Avokado
Şəkəri az olsa da, yağ tərkibi yüksəkdir. Sağlam yağlarla zəngindir, amma artıq miqdarda qəbul edilərsə, kilo artımına səbəb ola bilər.
Bu meyvələri menyudan tamamilə çıxarmağa ehtiyac yoxdur. Sadəcə miqdara diqqət etmək, əsasən səhər və ya idman sonrası yemək daha doğrudur.
Meyvəni tək yeməkdənsə, zülal və liflə birlikdə(məsələn, qatıqla, qozla) yemək qan şəkərinin ani sıçramasının qarşısını alır.