Arıqlama prosesində edilən bəzi yanlışlar nəticələri mənfi təsir edir. Ən böyük səhv ac qalmaqdır – bu metabolizmi zəiflədir. Foodinfo.az bildirir ki, sürətli nəticə üçün radikal pəhrizlərə yönəlmək davamlı deyil. Yalnız kalori saymaqla sağlam arıqlamaq mümkün olmur.

İdman etmədən pəhrizlə çəki atmaq əzələ itkisinə səbəb ola bilər. Su içməmək yağların parçalanmasını çətinləşdirir. Şəkərsiz məhsullara güvənmək də yanıltıcı ola bilər. Hər gün çəkidə dəyişiklik gözləmək stress yaradır. Axşam yeməyini tamamilə kəsmək bədəndə yağ yığılmasını sürətləndirə bilər.

Tərəvəz və lifli qidaların azlığı qəbizlik və narahatlıq yaradır. Müsbət psixoloji yanaşma və davamlılıq əsas şərtdir. Sağlam arıqlama mərhələli və balanslı olmalıdır.