
Qida əlavələri bəzən orqanizmin ehtiyac duyduğu vitamin və mineralları təmin etmək üçün istifadə olunur. Lakin bu əlavələr yalnız müəyyən hallarda və həkim tövsiyəsi ilə qəbul edilməlidir. Məsələn, D vitamini çatışmazlığı olan insanlar üçün əlavələr vacib ola bilər.
Foodinfo.az xəbər verirki, hamilə qadınlar üçün fol turşusu və dəmir əlavələri tövsiyə olunur. Vegan və vegeterianlar üçün B12 vitamini əlavəsi çox önəmlidir. İdmanla məşğul olan şəxslər bəzən əlavə protein və maqnezium qəbuluna ehtiyac duyurlar. Ancaq sağlam qidalanan insanlar üçün bu əlavələr bəzən artıq olur.
Həddindən artıq qəbul bədəndə yüklənməyə və zərərə səbəb ola bilər. Bəzi əlavələr dərmanlarla qarşılıqlı təsirə girərək fəsadlar yarada bilər. Buna görə də həkim nəzarəti olmadan əlavələrə müraciət edilməməlidir. Ən yaxşı yol təbii qidalarla ehtiyacları qarşılamaqdır. Qida əlavəsi son çarə olmalı, gündəlik rasion əsas rol oynamalıdır.