
İşlənmiş (emal olunmuş) qidaların həddindən artıq istehlakı bir sıra sağlamlıq problemlərinə yol aça və vaxtından əvvəl ölüm riskini artıra bilər. Bu barədə son illərdə müxtəlif tədqiqatlar da aparılıb.
Foodinfo.az xəbər verir ki, elmi araşdırmalara görə, ultraişlənmiş qidaların (fast food, paketlənmiş qəlyanaltılar, qazlı içkilər, hazır şorbalar və s.) yüksək miqdarda istehlakı ürək-damar xəstəlikləri, piylənmə, 2-ci tip şəkərli diabet, xərçəng riski, iltihabi proseslər, beyin sağlamlığında pozuntular (Alzheymer, depressiya və s.) ilə əlaqələndirilir.
Bəs bu qidalar nəyə görə təhlükəlidir?
- Yüksək şəkər, duz, trans yağ, süni qatqılar və dadlandırıcılar ehtiva edir.
- Lif, vitamin və minerallarla zəif təchiz olunub.
- Bədəndə xroniki iltihab və insulin müqaviməti yaradır.
Dünya Səhiyyə Təşkilatı və müxtəlif universitetlərin apardığı araşdırmalara görə, ultraişlənmiş qidaları gündəlik rasionun 4 porsiyasından artıq qəbul edənlərdə vaxtsız ölüm riski təxminən 60%-ə qədər yüksəlir.
Buna görə də qablaşdırılmamış, təbii və evdə hazırlanan qidalara üstünlük vermək, qida etiketlərini oxumaq, tərkibində 5-dən çox maddə varsa, ehtiyatlı olmaq, şirin içkiləri və paketli qəlyanaltıları minimuma endirmək lazımdır.