
Qəhvəyə kərə yağı əlavə etmək son illərdə "bulletproof coffee" (gülləkeçirməz qəhvə) adı ilə məşhurlaşıb.
Foodinfo.az qəhvəyə kərə yağının əlavə edilməsinin səbəblərini təqdim edir:
1. Enerji artırmaq: Kərə yağı təbii yağ qaynağıdır. Qəhvəyə əlavə olunanda bədənə daha uzunmüddətli enerji verir, çünki yağlar yavaş parçalanır.
2. Açlığı gecikdirmək: Yağlı qəhvə içən insanlar özlərini uzun müddət tox hiss edirlər.
3. Zəka və diqqəti artırmaq: Kərə yağı beyinə faydalı yağ turşuları verir və qəhvənin verdiyi ayıqlıq hissi daha sabit olur.
4. Qəhvənin acılığı azalır: Kərə yağı qəhvənin dadını yumşaldır, onu daha kremli və ləzzətli edir.
Kərə yağlı qəhvə resepti:
İngrediyentlər:
- 1 fincan təzə dəmlənmiş isti qəhvə
- 1-2 çay qaşığı duzsuz kərə yağı
- İstəyə görə: 1 çay qaşığı hindqozu yağı
Hazırlanması:
Qəhvəni dəmləyib soyutmadan kərə yağını və hindqozu yağını blenderə tökün.
Blenderlə 20-30 saniyə qarışdırın. Sonda köpüklənmiş qəhvəni isti-isti içə bilərsiniz.