
Dünyanın ən çox sevilən və istehlak edilən meyvələrindən biri olan çiyələyin özünəməxsus ətri və qoxusu var.
Foodinfo.az xəbər verir ki, çiyələyin tərkibində fol turşusu, askorbin turşusu, A vitamini, kalsium, dəmir, kalium və fosfor mineralları var. Bununla birlikdə, lif, flavonoidlər, polifenollar, antosiyaninlər, yağ turşuları kimi digər mikroelement qrupları da var.
1. Bağırsaqları aktivləşdirir
Tərkibindəki yüksək lif sayəsində bağırsaqlarda yaşayan probiyotiklərə prebiyotik xüsusiyyətlər təmin edərək onların bağırsaqlarda daha uzun müddət qalmalarını təmin edir. Bu həzmi asanlaşdırır və bağırsaq hərəkətlərini artırır.
2. Pəhrizlərdə arıqlamağa kömək edir
Aşağı glisemik indeksi sayəsində qan şəkərini tənzimləyir. Lifli quruluşu sayəsində sizi tox tutaraq arıqlamağa kömək edir.
3. Qandakı yağları azaldır
Həzm olunan və ya həzm olunmamış metabolitlərin qana daxil olmasını tənzimləməyə kömək edir. Bu pis xolesterolu və ümumi xolesterini azaltmaqda təsirli olur.
4. Orqanizmi xəstəliklərə qarşı qoruyur
Çiyələk tərkibindəki yüksək askorbin turşusu sayəsində bədəndəki sərbəst radikalları azaldan və bədənimizi xəstəliklərdən qoruyan mikroelementlərlə zəngindir.
5. Libido gücləndiricidir
Tərkibində hormonları artıran və ya balanslaşdıran mikroelementlər var.
6. Beyni qoruyur və dəstəkləyir
Tərkibindəki maqnezium və fosfor sayəsində yaddaş güclənir, öyrənmə qabiliyyəti yüksəlir və demans kimi neyrodegenerativ xəstəliklərin riski azalır.