Uzun və sağlam ömür yalnız genetik amillərlə deyil, qidalanma vərdişləri ilə də bağlıdır. Təbii, antioksidant və vitaminlə zəngin qidalar hüceyrələri yeniləyir, orqanizmi xəstəliklərdən qoruyur. 

Foodinfo.az evdə asanlıqla hazırlaya biləcəyiniz uzun ömür dostu bir resepti təqdim edir:

Tərkibi:

- 1 xörək qaşığı bal  

- 1 çay qaşığı sarıkök 

- 1 çay qaşığı zəncəfil tozu (və ya 1 sm təzə zəncəfil)  

- 1 çay qaşığı çia toxumu  

- 1 çay qaşığı limon suyu  

- 1 stəkan ilıq su (təxminən 200 ml)

Hazırlanması:

1. Su ilıq halda olmalıdır (qaynar olmasın).  

2. Bütün inqrediyentləri bir stəkana əlavə edin.  

3. Yaxşıca qarışdırın və acqarına için.  

Bu qarşımın bədənə aşağıdakı faydaları var:

- Zəncəfil və sarıkök iltihabəleyhinə və antioksidant təsir göstərir.  

- Bal və limon immun sistemini gücləndirir, bədəni təmizləyir.  

- Çia toxumu omeqa-3, lif və proteinlə zəngindir, ürək sağlamlığını qoruyur.

Bu qarışımı həftədə 3–4 dəfə içmək bədəninizi yeniləyər, orqanizmi gücləndirər və uzun, sağlam ömür üçün təbii dəstək verər.