
Acı bibər bir çox yeməyə dad və ətir qatmaqla yanaşı, sağlamlığa da faydalıdır. Lakin həddindən artıq və düzgün istifadə edilmədikdə bəzi mənfi təsirlərə səbəb ola bilər. Xüsusilə həssas insanlar üçün acı bibərin zərərləri nəzərəçarpacaq dərəcədə ciddi ola bilər.
Foodinfo.az xəbər verir ki, acı bibərdəki kapsaisin maddəsi həddindən artıq miqdarda qəbul edildikdə mədə turşusunu artırır, bu da qastrit, reflü və ya mədə yanması kimi narahatlıqlara səbəb ola bilər.
Bəzi insanlarda acı bibər bağırsaq hərəkətlərini sürətləndirir, bu da ishala və qarında spazm şəklində ağrılara yol açır.
Acı bibər bağırsaqlardan keçərək anus bölgəsində yanma və qıcıqlanma hissi yarada bilər. Bu, xüsusilə hemoroid (babasil) problemi olan şəxslər üçün narahatlıq doğurur.
Bu məhsulla təmasda olduqdan sonra əllə gözə və ya dəriyə toxunmaq qıcıq, yanma və qızartıya səbəb ola bilər. Bu səbəbdən istifadə sonrası əlləri yaxşıca yumaq vacibdir.
Bəzi hallarda acı bibər qan dövranını sürətləndirərək ürək ritmini dəyişdirə bilər. Bu, xüsusilə ürək-damar problemi olanlar üçün risklidir.
Bəs kimlər ehtiyatlı olmalıdır?
- Mədə xəstəliklərindən əziyyət çəkənlər
- Hemoroid və ya bağırsaq həssaslığı olanlar
- Alergiyaya meylli şəxslər
- Uşaqlar və yaşlılar