Bağırsaq sağlamlığı ümumi bədən sağlamlığı ilə sıx bağlıdır. Lakin gündəlik rasionda yer alan bəzi qidalar bağırsaq florasını poza, həzm sisteminə zərər verir. Xüsusilə emal olunmuş və lifsiz qidalar bağırsaqlarda problemlər yaradır.

Foodinfo.az xəbər verir ki, ən zərərli qidalardan biri ağ unla hazırlanan məhsullardır. Çörək, makaron və şirniyyatlar lifdən kasıbdır və bağırsaq hərəkətlərini ləngidir. Eyni zamanda qızardılmış və yağlı yeməklər həzm sistemində yüklənmə yaradaraq qəbizliyə səbəb olur.

Şəkər və süni dadlandırıcılar da bağırsaq bakteriyalarının tarazlığını pozur. Bu, şişkinlik, qaz və hətta iltihablı bağırsaq sindromuna gətirib çıxarır. Qazlı içkilər, fast food və konservləşdirilmiş məhsullar da bağırsaqlar üçün zərərlidir.

Bağırsaqların sağlam qalması üçün təbii, lifli, fermentləşdirilmiş və su ilə zəngin qidaların qəbulu tövsiyə olunur. Sağlam bağırsaq sağlam həyatın təməlidir.