
Ana südü körpənin əsas və ən qiymətli qidasıdır. Ancaq ananın qəbul etdiyi bəzi qidalar körpədə qaz, narahatlıq və həzm pozğunluqlarına səbəb ola bilər. Südün tərkibi ananın qidalanmasına bağlı olaraq dəyişdiyi üçün bəzi məhsullara xüsusi diqqət yetirilməlidir.
Foodinfo.az xəbər verir ki, qaz yaradan əsas qidalardan kələm, brokoli, gül kələmi kimi tərəvəzlərdir. Bu qidalar analarda və dolayısı ilə körpələrdə qaz yarada bilər.
Quru paxlalılar, xüsusilə lobya, mərci və noxud da qaz ehtimalını artırır. Həmçinin soğan, sarımsaq və acı ədviyyatlar südün dadını dəyişə və körpənin mədəsini narahat edə bilər.
Həmçinin qazlı içkilər, süni şirniyyatlar və kofein də süd yolu ilə körpəyə keçir və onun həssas mədə-bağırsaq sistemində problemlər yaradır.
Nəticə olaraq, hər körpənin həzm sistemi fərqli olduğundan, analar körpənin verdiyi reaksiyaları müşahidə etməli, qaz və narahatlıq yaradan qidaları müəyyən edib menyudan çıxarmalıdır. Ana südünün keyfiyyətini qorumaq üçün balanslı, təbii və təzə qidalara üstünlük verilməlidir.