Başgicəllənmə bir çox fərqli problemin əlaməti ola bilər. Foodinfo.az ən çox rast gəlinən səbəbləri təqdim edir:

- Aşağı qan təzyiqi – Beyinə yetərincə qan getmədikdə başgicəllənmə ola bilər.  

- Qan azlığı (anemiya) – Qanda oksigen daşıyan hüceyrələrin az olması insanı halsız və başgicəllənən edir.  

- Daxili qulaq problemləri – Balans orqanı daxili qulaqda yerləşir; iltihab, infeksiya və ya "vertigo" kimi xəstəliklər başgicəllənməyə səbəb ola bilər.  

- Şəkər xəstəliyi (hipoqlikemiya) – Qanda şəkərin həddindən artıq düşməsi başın fırlanmasına və halsızlığa yol açır.  

- Stress və panik ataklar – Ani gərginlik zamanı nəfəs pozğunluğu və başgicəllənmə yaranır.  

- Boyun osteoxondrozu – Boyun fəqərələrinin degenerativ dəyişiklikləri beyinə qan axınını zəiflədə bilər.  

- Ürək xəstəlikləri – Ürəyin zəif işləməsi də başgicəllənməyə səbəb ola bilər.

Əgər başgicəllənmə tez-tez təkrarlanırsa və ya digər əlamətlərlə (bulanıq görmə, ürəkbulanma, huş itirmə) müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır.