
İshal bağırsaqların normal işləmə ritminin pozulması nəticəsində sulu və tez-tez nəcisin ifrazı ilə xarakterizə olunan bir həzm pozuntusudur. Bəzən qidalanmada edilən səhvlər bu problemin əsas səbəbi ola bilər.
Foodinfo.az ishala səbəb ola biləcək əsas qidaları təqdim edir:
1. Süd və süd məhsulları
Laktaza fermenti az olan insanlarda süd, qatıq və pendir ishala və qazlara səbəb ola bilər.
2. Şəkərli içkilər və süni şirinləşdiricilər
- Sorbitol və mannitol kimi şirinləşdiricilər bağırsaqları qıcıqlandıraraq ishala səbəb olur.
3. Fast food və yağlı yeməklər
Həddindən artıq yağlı və qızardılmış qidalar həzmi çətinləşdirir və bağırsaq hərəkətini sürətləndirir.
4. Təzə sıxılmış meyvə şirələri (xüsusilə alma və armud)
Fruktoz miqdarı yüksəkdir və bu maddənin həddindən artıq qəbulu ishala səbəb ola bilər.
5. Çiy və yaxud yaxşı yuyulmamış tərəvəz və meyvələr
Xüsusilə yay aylarında çirkli və ya mikroblu su ilə yuyulmuş məhsullar infeksiya mənbəyidir.
6. Acı və çox ədviyyatlı yeməklər
Ədviyyat bağırsaq divarını qıcıqlandıra və həzmi poza bilər.
7. Kofein tərkibli içkilər (qəhvə, enerji içkiləri)
Kofein bağırsaq hərəkətlərini sürətləndirərək sulu nəcislə nəticələnə bilər.
8. Alkoqollu içkilər
Alkoqol bağırsaq florasına təsir göstərərək həm ishala, həm də dehidrasyaya səbəb olur.
9. Qıcqırmış və ya köhnəlmiş qidalar
Soyuq saxlanma şərtlərinə riayət edilməmiş məhsullar zəhərlənmə və infeksiya ilə nəticələnə bilər.
10. Yumurta, toyuq və ya ət məhsulları (az bişmiş halda)
Salmonella və digər bakteriyalar ishal və qusma ilə özünü göstərə bilər.