
Bədənin təmizlənməsi və toksinlərdən azad olması üçün bəzi təbii içkilər xüsusilə faydalıdır. Foodinfo.az xəbər verir ki, mütəxəssislər orqanizmi detoks effekti ilə təmizləyən 4 içkini tövsiyə edir.
Bunlardan birincisi limonlu ilıq sudur. Səhərlər acqarına içilən limonlu su qaraciyərin fəaliyyətini gücləndirir. İkinci içki yaşıl çaydır. Antioksidantla zəngin olan bu içki bədəndəki sərbəst radikalları neytrallaşdırır.
Üçüncü vasitə çuğundur suyudur. Çuğundur qaraciyərin təmizlənməsinə və qan axınının yaxşılaşmasına kömək edir. Son olaraq, zəncəfil çayı orqanizmdə yığılan toksinləri çıxarmaq və immuniteti gücləndirmək üçün ideal sayılır.