Maqnezium beyində serotonin və dopamin kimi "xoşbəxtlik hormonlarının" istehsalında iştirak edir. Onun çatışmazlığı isə narahatlıq, yorğunluq və hətta depressiya riskini artıra bilər.  

Foodinfo.az maqneziumun depressiyaya təsirlərini təqdim edir:

1. Sinir sistemini sakitləşdirir, stresi və gərginliyi azaldır.  

2. Serotonin istehsalını artırır, əhval-ruhiyyəni yaxşılaşdırır.  

3. Yuxu keyfiyyətini artırır, yuxusuzluğu azaldır, dincəlməyə kömək edir.  

4. Enerji səviyyəsini yüksəldir, yorğunluq və halsızlığın qarşısını alır.  

Maqneziumla zəngin qidalar:

- Tünd yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kələm)  

- Paxlalılar (noxud, mərci)  

- Qoz-fındıq və toxumlar (balqabaq tumu, badam, fındıq)  

- Tünd şokolad (70%-dən çox kakao tərkibli)  

- Banan, avokado və qəhvəyi düyü  

Maqnezium çatışmazlığının əlamətləri:

  • Tez əsəbiləşmə, stress və narahatlıq  
  •  Yuxu problemləri  
  •  Əzələ gərginliyi və spazmlar  
  •  Xroniki yorğunluq