Həkimlər hazırda koronavirusun insanı daha çox hansı yerlərdə tuta biləcəyini açıqlayıb. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər insanların hətta tam izolyasiyası müddətində də yoluxa biləcəyini bildirir.
Rusiyalı ali dərəcəli otolorinqoloq Vlademir Zayçev təhlükəli yerlərin siyahısını təqdim edib:
- ərzaq mağazaları, marketlər- mütləq ərzaqları təmiz rezin əlcəkdə seçib, mağazadan çıxdıqdan sonra əlcəyi çevirib çıxarıb atmaq lazımdır. Sellofan paketləri barmağı ağıza aparıb yaşladandan sonra açmayın;
Mağazada özünüz üçün vaxt qoyun: 10 dəqiqəyə mütləq çıxmalısız və 1 metr radiusunuzda adam olmamalıdır;
- Apteklər- bura xəstələnmiş insanlar çox girir;
- Ödəmə terminalları və poçtlar;
- Yanacaq doldurma stansiyalarında - əgər sürücü benzin dolduran şlanqa özü əl vurarsa ondan öncə bu şlanqa toxunan insandan virus keçə bilər;
- İstənilən nağd pul hesablaşması. Hər dəfə əllərinizi pula toxundurduqdan sonra dezinfeksiya edin.