
Foodinfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, araşdırma zamanı saxlanılan brakonyerin Salyan rayon Parçaxalac kənd sakini Rəşad Sultanov olduğu müəyyən edilib, faktla bağlı müvafiq sənədləşmə işləri aparılıb.
Xidmət rəsmisinin sözlərinə görə, saxlanılan brakonyer Milli Parkın əməkdaşları tərəfindən Salyan rayon Polis Şöbəsinə təhvil verilib, digər brakonyerin tapılması və barələrində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə rayon polis şöbəsinə müraciət olunub.