Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən cari il ərzində keçirilən tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib və onlardan yarım tona yaxın balıq müsadirə edilərək aidiyyəti üzrə təhvil verilib.
Foodinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının xidməti ərazidə keçirdikləri əməliyyatlar nəticəsində qanunsuz balıq ovuna görə 2022-ci ilin 3 ayı ərzində 5 cinayət və 5 inzibati fakt qeydə alınıb.
Həmin əməlləri törədən şəxslərdən 497 kiloqram axçalı balıq,4 ədəd qayıq və 7 tor götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Son xəbərlər
- Qan təzyiqi olanlar bu çayı içməsin
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi