NASA-nın "Juno" zondu Yupiterin şimal qütbünün yaxınlığında uçarkən ildırımın şəklini çəkib.

Foodinfo.az xəbər verir ki, NASA tərəfindən dərc olunan bu foto atmosfer elektrikinin güclü qığılcım boşalmalarının Yupiterdə də baş verdiyinə dair ilk sübutdur. Yer üzündə bu cür boşalmalar ekvator tərəfdə tez-tez baş verir, Yupiterdə isə əsasən qütblərdə.

Zond vaxtaşırı Yupiterin gecə tərəfi üzərində uçacaq və Yupiter ildırımlarının yeni fotoları qeydə alına bilər.

Hələ 30 dekabr 2020-ci il tarixində çəkilən bu şəkil yalnız 2022-ci ildə mütəxəssislər tərəfindən incələnib.

Fərid