Vəsiyyətnamə təsdiqlənərkən müəyyən şərtlər daxilində bir sıra vəzifəli şəxslər notariusa bərabər tutulurlar.

Foodinfo.az xəbər verir ki, bu sıraya xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi həkimi və ya ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin baş həkimi, xüsusi təhsil müəssisəsinin rəhbəri daxildir. Bir şərtlə ki,əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa.

 

Habelə, axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi - əgər vəsiyyət edən belə ekspedisiyadadırsa. Dəniz və ya hava gəmisinin kapitanı - əgər vəsiyyət edən dəniz və ya hava gəmisindədirsə. Hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi) - əgər hərbi hissənin yerləşdiyi məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq edən mülki şəxs, yaxud onun ailə üzvüdürsə.

Azadlıqdan məhrumetmə yerinin rəisi də notarisa bərabər şəx tutulur, bir şərtlə ki, vəsiyyət edən azadlıqdan məhrumetmə yerində olmalıdır.