Texnoloji cihazların evlərimizə daxil olması ilə həyatımızın asanlaşdığını qəbul edirik. Mətbəximizin əsas köməkçisi olan qabyuyan maşından səmərəli istifadə etmək istərdinizmi? Cavabınız bəlidirsə, bu təklifləri mütləq oxuyun.

Bəziləri üçün əyləncəli, bəziləri üçün işgəncə olan qabyuyan maşına qabların yığılmasına bir az diqqət yetirmək lazımdır. Maşının düzgün və səmərəli işləməsi üçün qablar bir-birindən aralı olmalıdır, əks halda yenidən qabların təmizlənməsi ilə məşğul ola bilərsiniz.

Foodinfo.az xəbər verir ki, qablarınızı yaxşı təmizləmək üçün yalnız qabyuyan maşınlar üçün istehsal olunan yuyucu vasitələrdən istifadə etməlisiniz. Müxtəlif yuyucu vasitələri qarışdırmaq maşınınızın ömrünü qısaldar.

Qida tullantıları, dondurulmuş yağlar qabyuyan maşınınızın filtrinin dolmasına səbəb olur. Filtri dolu olan maşın əlavə səy göstərsə belə, qabların təmizlənməsini təmin edə bilməz. Filtri vaxtaşırı çıxararaq onu təmizləyə və maşınınızın yuyulma keyfiyyətini artıra bilərsiniz.

Fincanda qalan qəhvə çöküntüsü, külqabıda qalan kül və ya boşqabdakı tomat pastası qalıqları maşında problem yarada bilər. Çirkli məhsulları maşına yerləşdirməzdən əvvəl onları su ilə yaxalamaq maşınınızın ömrünü uzadar.

Maşının səbətinə diqqət yetirməlisiniz ki, bıçaqlarınız təmiz, qaşığınız cızıqsız və bıçağınız parlaq görünsün. Sıxılmış əşyalar yuyulma zamanı bir-birini cızır.

Digər problem iti əşyalar səbəbindən səbətin aşınmasıdır. Bıçaq kimi iti əşyaları qruplaşdıraraq səbətə zərər vermədən yuya bilərsiniz.

İspanaq, kartof, pomidor və ya kahı kimi tərəvəzləri qabyuyan maşında yumaq olmaz. Bu kimi hallar sağlamlığınızı riskə atacaq. Qabyuyan maşın taxta əşyalar və plastik əşyalar üçün uyğun deyil. Plastik materiallar yüksək temperaturun təsiri ilə kanserogen təsirlərə səbəb ola bilər. Yalnız istifadəçi təlimatında göstərilən əşyalar maşına yerləşdirilməlidir.

Maşının bazasına sirkə və soda səpərək isti rejimdə qısa müddətdə bir dəfə işlədin. Bununla maşınınıza çox böyük kömək etmiş olacaqsınız.