Bir neçə gündür ölkəmizdə hava şəraiti qeyri-sabit keçir.
Havanın mövsümə uyğun xarakterli olmaması turizm sektoruna necə təsir edib.
Foodinfo.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin (DTA) Media və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Gülnar Mustafayeva açıqlamasında bildirib ki, yay aylarında havanın qeyri-sabit keçməsi qabaqcadan planlaşdırılmış turistik səfərlərin təxirə salınmasına və turizm xidmətlərindən tam və dolğun istifadəyə mane ola bilir.
"Bununla belə, bayram günlərində daxili turistik səfərlərdə canlanma müşahidə edilib. Bölgələrdəki qeyri-sabit hava şəraiti ilə bağlı turizm infrastrukturlarına dəymiş zərərlə bağlı hər hansı məlumat daxil olmayıb",- deyə o qeyd edib.