Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi üzrə aparılan nəzarət tədbirlərini davam etdirir. Bu tədbirlər çərçivəsində cari ilin 1 may - 22 iyun tarixlərində ümumilikdə 23 ət satışı mağazasında planlı və plandankənar yoxlama həyata keçirilib.
Foodinfo.az-ın məlumatına görə, yoxlama zamanı sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunmadığı müəyyən edilib. Belə ki, 21 müəssisədə ətlərin qəbulu, saxlanması və satışı ilə bağlı sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, eyni zamanda 4 müəssisədə ətlərin baytarlıq ekspertizası aparılmadan satışının həyata keçirildiyi aşkar olunub. Faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilib və sahibkarlar cərimələnib.
Bundan əlavə, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədilə Agentliyin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə sözügedən dövr ərzində 473 məntəqədə reyd keçirilib.
Reyd zamanı 332 müəssisədə qanunsuz heyvan kəsimi və ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışı faktı aşkarlanıb. Bununla əlaqədar 64 müəssisədə təkrar nöqsana yol verildiyi üçün heyvan kəsimində istifadə olunan qurğular sökülüb, 14 sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub və 257 müəssisə rəhbərinə xəbərdarlıq edilib.
[gallery ids="48396,48397,48398"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı