Dietoloq, tibb elmləri doktoru Mariyat Muxina qışda artıq çəki almamaq barədə tövsiyələr verib.
Foodinfo.az xəbər verir ki, mütəxəssis "Moskva 24" saytına müsahibəsində bildirib ki, yaş və cinsi nəzərə alan düsturla hesablana bilən fərdi qida normasına nəzarət etmək və onu aşmamaq lazımdır.
Mütəxəssisin fikrincə, müntəzəm fiziki fəaliyyət də vacibdir.