
Son illərdə təbii bitkilərlə hazırlanmış içkilərə maraq artıb. Onlardan biri də həm xoş ətri, həm də müalicəvi təsirləri ilə seçilən reyhan çayıdır. Foodinfo.az xəbər verir ki, bu çay təkcə sakitləşdirici təsir göstərmir, həm də orqanizmi gücləndirir.
1. Stressi azaldır və yuxunu yaxşılaşdırır
Reyhan çayının sakitləşdirici təsiri əsəb gərginliyini aradan qaldırır. Axşam içildikdə yuxunun keyfiyyətini artırır.
2. Soyuqdəyməyə qarşı təsirlidir
Öskürək və boğaz ağrısını yüngülləşdirir, tənəffüs yollarını rahatladır. Xüsusilə payız-qış mövsümündə faydalı hesab olunur.
3. Həzm sisteminə dəstək olur
Şişkinlik, qaz və mədə ağrısını azaldır. Yeməkdən sonra içildikdə həzmi asanlaşdırır.
4. İmmuniteti gücləndirir
Vitamin və antioksidantlarla zəngin olduğu üçün orqanizmi infeksiyalardan qoruyur. Müntəzəm istifadəsi bədənin müdafiə gücünü artırır.
5. İltihab əleyhinə təsir göstərir
Oynaqlarda və əzələlərdə ağrıların azalmasına kömək edir, bədənin iltihabla mübarizəsini dəstəkləyir.
Reyhan çayını gündə 1-2 fincandan çox içmək məsləhət görülmür. Xüsusilə hamilə qadınlar və qan təzyiqi aşağı olan şəxslər ehtiyatla istifadə etməlidirlər.