Rusiyada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb.
Foodinfo.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yayıb.
Məlumata görə, virus Avropadan qayıdan gənc Rusiya vətəndaşında qeydə alınıb.
Sözügedən şəxsin xəstəliyi yüngül formada keçirdiyi qeyd olunub.