
Sağlam şəkildə oruc tutmaq üçün düzgün qidalanma və su balansına diqqət yetirmək vacibdir. Foodinfo.az xəbər verir ki, sahur yeməyini keçməmək gün boyu enerjili qalmaq üçün əsas şərtdir. Sahurda zülal (yumurta, pendir), sağlam yağlar (zeytun, avokado), lifli qidalar (yulaf, tam taxıllı çörək) yeyilməlidir ki, toxluq hissi uzun sürsün.
İftar zamanı sürətli yeməkdən çəkinmək, əvvəlcə su və xurma ilə orucu açmaq, sonra yüngül şorba və proteinlə zəngin yeməklərə keçmək daha yaxşıdır.
Qızardılmış, çox yağlı və şəkərli qidalardan uzaq durmaq həzmi yüngülləşdirir.
Su balansını qorumaq üçün iftarla sahur arasında kifayət qədər su içilməli, qazlı içkilərdən uzaq durulmalıdır.
Həddindən artıq yeməkdən çəkinmək və yuxu rejimini qorumaq da orucu daha rahat keçirməyə kömək edir.