Səhər yeməyi ilə bağlı ekspert tövsiyələri açıqlanıb. Foodinfo.az xəbər verir ki, bu barədə türkiyəli həkim Fevzi Özgönül danışıb.

O qeyd edib ki, səhər yeməyi zamanı doyana qədər yemək tövsiyə olunmur. Əgər səhər yeməyindən sonra narahatlıq hiss edirsinizsə demək yemək zamanı səhvə yol vermisiniz. Səhər yeməyində gündəlik enerjimizi qarşılamaq üçün karbohidratlar olmalıdır.

Bundan əlavə süd məhsulları, zeytun və yumurta süftədə mütləq şəkildə tapılmalıdır. 


Tövsiyə olunan digər məhsullar bunlardır: ərik qurusu, göyərtilər, meyvə, badam, fındıq və qoz.

Leyla