Gəncədə gənc oğlan özünü zəhərləyib.
Foodinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini, 1997-ci il təvəllüdlü Sahib Məmmədzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
S.Məmmədzadənin yaxınlarının sözlərinə görə, sevgilisi ilə ayrıldıqdan sonra o, bit dərmanı içib.
Araşdırma aparılır.