İyulda qeydə alınan rekord istilik dalğası İtaliyanın cənub və mərkəzi bölgələrində ölüm nisbətinin 7% artmasına səbəb olub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin hesabatında deyilir.
Qeyd olunub ki, əhəmiyyətli artım Neapol (+10%), Bari (+50%), Taranto (+42%), Recco Kalabriya və Kataniyada (+34%) müşahidə edilir. Bu, əsasən yaşı 75-84 və 85-dən yuxarı olan sakinlərə aiddir.