Qadınlarda sidikqaçırma problemi onların həyatını çox çətinləşir. Ümumiyyətlə orta yaşlı və yaşlı qadınlarda görülən bu şikayətlərlə mübarizə yolu bəzən əməliyyat, bəzən tibbi dərmanlar, bəzən də fiziki müalicədir.
Qadınlarda sidikqaçırma şikayəti bir neçə fərqli səbəblə ortaya çıxır. Bu vəziyyət tək bir səbəblə də ortaya çıxa bilər, lakin çox vaxt eyni adamda birdən çox səbəb eyni anda da görülə bilər. Bu problemin ən böyük səbəbləri normal doğum zamanı meydana gələn travmalar, doğum zamanı yırtıqlar, böyük ölçülü körpələrin doğulması və doğuş sayının artmasıdır. Yaşlanma prosesində çanaq əzələləri zəifləyir, bədənin sidik kisəsi üzərindəki nəzarəti pisləşir, bu da sidik qaçırma riskini artırır.
Digər səbəblər menopoz zamanı hormonal dəyişikliklərin olması, şəkər xəstəliyi, əvvəlki cərrahi əməliyyatlar, radioterapiya kimi faktorlardır.
Ani sidikqaçırma tez-tez öskürmə, asqırma və ya ağır yük qaldırma kimi vəziyyətlərdə baş verir. Bu xəstələr adətən bir və ya daha çox normal doğuş keçirmiş insanlar olur. Sidik kisəsinin vaginal xətt boyunca yerdəyişməsi səbəbindən qarın içi təzyiqin artdığı hallarda sidik qaçırma baş verə bilər. Postmenopozal dövrdə bu şikayət tədricən artır. Bu xəstələr cərrahi müalicəyə çox müsbət cavab verirlər.
TEZ-TEZ SİDİKQAÇIRMA
Sidik qaçırma problemi olan insanlar tez-tez sidiyə getmə ehtiyacı hiss edirlər. Bəzən bu şəxslər sidiyə getmə istəyini hiss etdikdə tualetə çatmadan sidiyə çıxırlar. Adətən bunlar 40 yaşdan yuxarı xəstələr olur. Bu vəziyyətin müalicəsi tibbidir.
ANİ SİDİKQAÇIRMA
Sidik qaçırma hər hansı bir xüsusi stimul olmadan qəfil baş verə bilər. Bu xəstələr sidik kisəsinin dolu olduğunu dərk etmirlər. Sidik kisəsi maksimum tutumuna çatdıqda daha çox sidiyi saxlaya bilmədiyi üçün aşır.
DAİMİ SİDİKQAÇIRMA
Sidik kisəsi və ya vajinanı əhatə edən cərrahi əməliyyatlardan sonra sidik kisəsi ilə vajina arasında kanal yarana bilər. Bu xəstələr vajina vasitəsilə fasiləsiz sidik ifraz etdikləri üçün sidiyi ifrazat kimi təsvir edirlər.
KEGEL MƏŞQİ PELVIS ƏZƏLƏLƏRİNİ MÖHKƏMLƏNDİRİR
Sidik qaçırma problemini diaqnostik üsulları fiziki müayinə, sidik testləri və sidik kisəsi qiymətləndirmələridir.
Müalicə variantlarını aşağıdakı kimidir:
CƏRRAHİ MÜALİCƏ: Xüsusilə doğuşdan sonra çanaq dibinin zəifliyi səbəbiylə sidik ifraz etmə problemlərinin müalicəsi əməliyyatdır. Ən çox tətbiq olunan texnika sidik kisəsinin altından çıxan sidik yollarının altına yerləşdirilən bir lentlə həyata keçirilir.
FİZİKİ TERAPİYA: Kegel məşqləri çanaq dibinin əzələlərini gücləndirmək üçün avadanlıqla və ya avadanlıqsız edilə bilər. Çanaq dibinin əzələlərini 5-6 saniyəlik fasilələrlə sıxıb rahatlaşdırmaqla dəyişikliyi bir neçə ay ərzində görmək olar.
TİBBİ MÜALİCƏ: Dərmanlar sidik nəzarətini və sidik kisəsinin tutumunu artırmaq üçün istifadə edilir. Sidik kisəsinin hiperaktivliyi (tez-tez sidiyə getmə) olan xəstələrdə tibbi müalicəyə üstünlük verilir. Dərman seçimi insanın bu dərmanlara verdiyi müsbət təsirə uyğun olaraq edilir.