Ukrayna limanlarından humanitar dəhliz vasitəsilə taxılın daşınması bərpa olunub. Foodinfo.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Onun sözlərinə görə, taxıl daşınması bu gün Bakı vaxtı ilə 13:00-da bərpa olunub. “Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akara zəng edərək bu gün saat 12:00-dan etibarən taxıl daşınmasının əvvəl olduğu kimi davam edəcəyini bildirib”, - deyə Ərdoğan qeyd edib. Xatırladaq ki, Rusiya bir neçə gün əvvəl “taxıl sazişi”ndən çıxdığını elan edib.