"Taxıl ixracı və qlobal ərzaq böhranının qarşısını almaq üçün Kiyev Polşa və Rumıniyadan keçən iki marşrut hazırlayıb". Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik deyib. “Qlobal ərzaq təhlükəsizliyi təhdid altındadır, çünki Rusiya-Ukraynaya müharibəsi Qara dənizdən taxıl ixracını dayandırıb, geniş qıtlığa və qiymətlərin artmasına gətirib çıxarıb”, - deyə Senik bildirib. Onun sözlərinə görə, Ukrayna ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması üçün Baltikyanı ölkələrlə danışıqlar aparır: “Bu marşrutlar mükəmməl deyil, lakin biz onları inkişaf etdirmək üçün əlimizdən gələni edirik”. "Ukrayna ərazisində 30 milyon tona yaxın taxıl saxlanılır və ixraca ehtiyac var" , - deyə Dmitri Senik əlavə edib.