Yemək bişirən zaman ən çox istifadə edilən alətlərdən biri də təbii ki, qazan və tavalardır. Qazan və tavaları qida və yağ qalıqlarından təmiz saxlamaq çox vacibdir. Çünki bu amillər yeməyin dadına mənfi təsir göstərə bilər. Bu, nəinki yeməyin dadını korlayır, həm də sağlamlıq üçün təhlükə yaradır.
Yemək bişirərkən vaxtın necə keçdiyini dərk etmirik. Mətbəxdə vaxt keçirərkən bilmədən qazanın dibini yandıra bilərik. Dibi yanmış yeməklər qazanı xarab etməklə yanaşı, yeməyin dadını da yox edir. Sərt kimyəvi məhsullardan istifadə etmək əvəzinə, yalnız 2 inqrediyentlə qablarınızı yeni kimi edə bilərsiniz.
Foodinfo.az dibi yanmış qabları parıldadan bu üsulu təqdim edir:
KARBONAT VƏ AĞ SİRKƏ
Demək olar ki, soda və sirkə istifadə olunmayan bir ev yoxdur. Xüsusilə təmizlikdə istifadə edilən karbonat və sirkə bu dəfə qazan yanıqları və dibi yapışmış qablar üçün möcüzəvi təsir bağışlayır.
Əvvəlcə yanmış qazanı və ya tavanı dibini örtmək üçün su ilə doldurun. Ona bir stəkan ağ sirkə əlavə edin. Bu şəkildə qaynamağa qoyun. Sonra ocaqdan götürün. Ona 2 xörək qaşığı soda əlavə edin. Bu zaman soda köpüklənməyə başlayacaq. Soda və sirkənin köpüklənməsi inadkar qalıqları götürən kimyəvi reaksiyadır. Buna görə də bu iki qarışım təmizlikdə çox müvəffəqiyyətlidir.