Tiroid vəzi xəstəlikləri insanların qidalanma və yuxu vərdişlərinə mənfi təsir göstərir.
Foodinfo.az xəbər verir ki, bu xəstəliklər zamanı metabolizm yavaşlamağa başlayır.
Ekspertlər hesab edirlər ki, bu xəstəliklərə qarşı təbii yollarla mübarizə mümkündür. Ən effektiv vasitələrdən biri dərəotu bitkisidir. Bu bitki tiroid vəzinin funksiyalarının bərpasına kömək edir. Yod tərkibli su yosunu hipotiroid xəstəlikləri zamanı köməyə çatır. Yaşıl yarpaqlı tərəvəzlər və rəngli meyvələr də bu baxımdan önəm daşıyır. Ancaq kələm, ispanaq, turp, şirin kartof, şaftalı, avakado kimi məhsullar tiroid hormonlarını azaltdıqları üçün onlardan uzaq durmaq tövsiyə olunur.
Həmçinin zeytun yağı və yumurta sözügedən xəstəliyə qarşı effektlidir.