Türkiyənin iki şəhərdə heyvan bazarları fəaliyyətini dayandırıb. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 
Qeyd olunub ki, Çorum və Yozgat şəhərlərindəki bazarlar heyvanlar arasında ayaq və ağız xəstəliyinin yaranması səbəbilə bağlanıb.

Daha əvvəl isə Tokat və Amasya bölgələrində də eyni addım atılıb. 


Çorum bölgəsində bazarlar martın 22-nə qədər bağlı qalacaq, Yozgatda isə bazarların nə zaman açılacağı açıqlanmayıb.

Fərid