Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən zəlzələ bölgəsində zərərçəkənlərin sağlam qida ilə təchizi məqsədilə yerləşdirilmiş səyyar çörək bişirmə avadanlıqları, yemək paylama məntəqələri, çadır şəhərcikləri və yardım TIR-larında ümumilikdə 10909 yoxlama aparılıb.
Foodinfo.az bu barədə "Milliyet"ə istinadən xəbər verir.
Zəlzələdən əziyyət çəkənlərin sağlam qida ilə təmin olunması üçün ümumilikdə nazirliyin 1021 işçisi işlərə cəlb edilib. Nazirlik tərəfindən aparılan yoxlamalarla yanaşı həmçinin qaynar xəttə daxil olmuş 58 çağırış əsasında da yoxlamalar aparılıb.

Leyla