İnfarkt ən çox rast gəlinən ölüm səbəblərindən biridir.

Foodinfo.az xəbər verir ki, dünyada təxminən 300 milyondan çox ürək xəstəsi var və 2 milyarddan çox insan ürək xəstəliyi riski altındadır.

Ürək-damar xəstəlikləri hər il 18,6 milyondan çox insanın ölümünə səbəb olur. Mütəxəssislər apardıqları araşdırmalarda infarkt riskinin səhər saatlarında daha çox artdığını bildirirlər.

Hər kəsin fərqində olmadan etdiyi bir çox səhvlər var ki, səhərlər infarkt riskini artırır.

Dünya miqyasında ölümlərin ən mühüm səbəbi olan qeyri-infeksion xəstəliklər hələ də əhəmiyyətli bir xəstəlik faizni təşkil etdiyi halda ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri, bu xəstəliklər arasında isə infarkt və insult ilk iki yerdədir.

Ürək-damar xəstəliklərindən ölənlərin üçdə biri 70 yaşdan aşağı insanlarda baş verir və bu ölümlərin 85 faizi infarkt və insult nəticəsində olur.

Harvard Tibb Məktəbində aparılan bir araşdırma, səhər saat 6-dan günorta saatlarına qədər infarkt keçirən xəstələrdə ölüm faizi daha çoxdur.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) izah edir ki, hər gecə 7 saatdan az yatan böyüklərin ürəklə bağlı sağlamlıq problemləri riski daha yüksəkdir. Yuxusuzluq infarktın tanınmış xəbərçisi olan qan təzyiqi probleminə səbəbdir.

Çevik iş qrafiki olanlara da günortadan sonra idman etmələri və ya səhər yüngül məşqlərə başlamaları tövsiyə olunur.

Yüksək intensivli məşq qan dövranı hesabına qəfil ürək dayanması və ya ölüm riskini kəskin şəkildə artıra bilər.