Amerika Ürək Assosiasiyası (AHA) ürək üçün sağlam pəhrizə əla əlavə olacaq payız meyvələri, giləmeyvə və tərəvəzlərin siyahısını dərc edib.

Foodinfo.az xəbəe verir ki, bu mövsüm qidaları xolesterini azaltmaqdan tutmuş damarlarda lövhə əmələ gəlməsini azaltmağa qədər müxtəlif üsullarla ürək-damar sistemini qoruyan lif, antioksidanlar, vitaminlər və minerallarla zəngindir. Mütəxəssislər sağlam pəhriz çərçivəsində gündə tərəvəz və meyvə (giləmeyvə daxil olmaqla) istehlak etməyi tövsiyə edir. Bu payız qidaları ürək sağlamlığı üçün xüsusilə faydalıdır:

- balqabaq;

- alma;

- çuğundur;

- ağ kələm;

- şirin kartof;

- zoğal.

Təzə meyvə, giləmeyvə və tərəvəz yemək yaxşıdır. Konservləşdirilmiş və qurudulmuş qidalar da faydalıdır.