Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müxtəlif cihazlar təhvil verilib. Belə ki, JICA Azərbaycan Məzunları Assosiasiyasının fəaliyyəti çərçivəsində 2021-ci il üçün müvafiq proqram üzrə AQTİ-nin “Heyvan kəsim məntəqələrinin kiçik laboratoriya avadanlıqları ilə təmin edilməsi" layihəsi müsabiqənin qalibi olaraq mini qranta layiq görülüb.
Foodinfo.az-ın məlumatına görə, sözügedən layihənin məqsədi və iştirakçılardan tələbi ölkədə kənd təsərrüfatı obyektlərində keyfiyyətli və təhlükəsiz məhsul istehsalı üçün zəruri olan kiçik alətlərlə təmin edilməsi olub. Bu əsas şərt və digər tələblər AQTİ-nin mütəxəssisi tərəfindən uğurla yerinə yetirilib. Belə ki, heyvan kəsimi məntəqələrinin daşına bilən stasionar ölçmə alətləri təmin edilməsi burada əsas faktor olaraq vurğulanıb. Layihə çərçivəsində müvafiq kəsim məntəqələrində çalışan bir sıra baytar mütəxəssislərinin daşına bilən termometr və pH-metr kimi yüksək dəqiqliyə malik cihazlarla təmin edilməsi nəzərdə tutulur.
[gallery ids="45144,45145"]
Qeyd edək ki, JICA-nın hər il bu tipli kiçik qrant layihələrinə təşkilatçılıq etməsi planlaşdırılır.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?