Bakıda tanınmış şadlıq sarayına cərimə protokolu yazılıb.
Foodinfo.az-ın xəbərinə görə, “Yeganə Palace" MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Vaqif Həsənovin sədrliyi ilə araşdırılır.
Bu xətaya görə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.