Hər kəs at sürməyin faydalı olduğunu bilir. Ancaq az adam anlayır ki, çox yönlü faydalar müntəzəm at sürməyin nəticəsidir. Bədəninizin və ruhunuzun sağlamlığı üçün at sürməyin faydaları həqiqətən çox böyükdür.

Xüsusilə yeni başlayanlar üçün at sürmək ilk növbədə yorğunluq və güclə fiziki fəaliyyətdir. Ancaq digər tərəfdən, bu, hər kəs üçün tam bir faydadır. Bu, fitnes, arıqlama, masaj effekti, duruşun yaxşılaşdırılması, stresslə mübarizə, hətta bir çox xəstəliklərin müalicəsində və qarşısının alınmasında köməklik edir. Sürməyi öyrənməkdə nəticələr əldə etmək və maksimum fayda əldə etmək üçün dərslər müntəzəm olmalıdır. Həftədə 1-2 dəfədən başlamaq daha yaxşıdır, sonra məşqlərin sayını tədricən artırın.

At minmək vasitəsilə reabilitasiya metodu ippoterapiya adlanır. Müalicəvi at minmə xəstənin həm psixikasına, həm də fiziki durumuna müsbət təsir edir.. Həmin müalicə formasının banisi fransız həkim və psixoloqu Y.Lalleri onunla ötən əsrin 60-70-ci illərində məşğul olub. Ən ağır xəstələrlə məşğələlər üçün atın hərarətinin (atın bədənindəki temperatur insanda olduğundan 1-1,5 dərəcə yuxarıdır) müsbət təsirindən istifadə edilir və ən ağır pasiyentləri bir qayda olaraq yəhərsiz ata mindirirlər. Xəstələrə yaxşı təsir edən digər amil atın hərəkəti zamanı ritmik silkələnməsidir ki, bunun nəticəsində böyük, güclü və xeyirxah heyvanla sıx təmas əzələləri və kürəyi masaj edir. Daha çox zədə almış pasiyentlər adətən at belində müalicəvi gəzintidən başlayır, lakin bu, onlar üçün başlanğıc mərhələdir. Bu qrupdan olan uşaqlar əvvəlcə atı idarə edən elementlərə, daha sonra at belində gəzinti qaydalarına öyrədilir.

Həmçinin qeyd edək ki, ippoterapiya və ya at belində gəzinti ilə müalicəyə əks göstəricilər çox azdır. Hemofiliya, anadangəlmə sümük kövrəkliyi, müxtəlif xəstəliklərin ağır və orta-ağır dövrünü əks göstəricilərə, bəzi xroniki iltihablı xəstəlikləri (böyrək xəstəliklərinə, diabet, onurğanın bel əzələsi hissəsi və zədələrinə xüsusi diqqətlə yanaşmaq) qismən əks göstəricilərə misal çəkə bilərik. Müşahidə edilib ki, atla gəzintinin müalicəvi əhəmiyyəti 5-12 yaş arasında uşaqlar üçün daha çoxdur. Bundan əlavə, atla gəzinti uşağın hərtərəfli inkişafına, onun qoçaq, cəld, dözümlü, cəsarətli və hazırcavab olmasına yardım edir, ruh yüksəkliyini möhkəmləndirir. Nahaq yerə demirlər ki, at, ilk növbədə, ruhu sağaldır. Müasir dövrdə uroloq və androloqlar birmənalı şəkildə təsdiq edirlər ki, at belində gəzmək prostat vəzi xəstəliklərinin bir nömrəli dərmanıdır.