
Bəs, yoluxmalar artsa, Azərbaycanda da karantin qaydalarının yenidən sərtləşdirilməsi gözlənilirmi?
Foodinfo.az xəbər verir ki, bu barədə Modern.az-a danışan həkim Aydın Əliyev hazırki durumda koronavirusa yoluxma sayının artmasının normal olduğunu düşünür. Ölkəmizə gəlincə, həkim təşvişə düşməyə ehtiyac olmadığını söyləyib.
“Məsələn, Çin böyük ölkədir, əhalinin sayı həddən artıqdır. Buna görə də orada peyvənd olunmayanların, virusa yoluxmayanların sayı çoxdur. Təkrar yoluxma sayının böyük ölkələrdə artma ehtimalı daha yüksəkdir. Ancaq bizim ölkəmizdə yoluxmanın artması aktual məsələ deyil. Artsa belə, bu sadəcə mövsümi qrip xəstəliyi kimi keçəcək. Məncə, bundan sonra karantın qaydalarının tətbiqinə və sərtləşdirilməsinə ehtiyac yoxdur. Tam əminliklə deyirəm ki, sərt karantin və qapanmaya ehtiyac olmayacaq”, - deyə Aydın Əliyev vurğulayıb.