ABŞ-ın Merilend ştatının 77 yaşlı sakini yuxu sayəsində üç dəfə lotereyada cekpot qazanıb. Foodinfo.az bildirir ki, bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

Qadın 2008-ci ildə yuxusunda iki dəfə 7-11-33-35-39 rəqəmlərini gördüyünü deyib. O, dərhal lotereyada iştirak etmək üçün nömrələrdən istifadə edib. Rəqəmsal birləşmə ona üçqat qələbə gətirib. 2008, 2019 və 2023-cü illərdə 50 min dollar qazanıb.

Qalib pul mükafatını stomatoloji xidmətlərə və tətillərə xərcləməyi planlaşdırır.

Fərid