
Bəzi qidalar dərmanların təsirini zəiflədə və ya təhlükəli yan təsirlərə səbəb ola bilər.
Foodinfo.az bildirir ki, dərman qəbul edən şəxslər qidalanmada diqqətli olmalıdırlar.
Greyfurt və onun şirəsi bir çox dərmanların parçalanma prosesini ləngidərək toksik təsir yarada bilər. Süd və süd məhsulları antibiotiklərin təsirini azaldaraq müalicənin effektini zəiflədər.
Turşular və duzlu qidalar, xüsusilə təzyiq dərmanları qəbul edənlər üçün təhlükəlidir, çünki natriumun çoxluğu təzyiqi artıraraq dərmanların təsirini azalda bilər.
Enerji içkiləri və kofeinli məhsullar ürək dərmanları ilə birləşdikdə ürək döyüntüsünü sürətləndirir və aritmiyaya səbəb olur.
Bundan əlavə, soya məhsulları qalxanabənzər vəz dərmanlarının təsirini zəiflədə bilər. Yağlı və qızardılmış yeməklər bəzi antibiotiklərin və iltihab əleyhinə dərmanların sorulmasını gecikdirir. Şirniyyatlar və yüksək şəkərli qidalar isə şəkərsalıcı dərmanların effektini azaldaraq qanda şəkəri sürətlə yüksəldə bilər.
Alkoqollu içkilər qaraciyərdə dərmanların parçalanmasını pozur, bu da ciddi yan təsirlərə səbəb olur. Həmçinin, tünd yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, brokkoli) qan durulducu dərmanların təsirini azalda bilər, çünki tərkibində çoxlu K vitamini var.
Mütəxəssislər bildirir ki, dərman qəbul edən şəxslər həkim məsləhəti olmadan pəhriz dəyişiklikləri etməməlidirlər. Sağlam və balanslı qidalanma dərmanların effektivliyini artırır və müalicə prosesini sürətləndirir.