Yaponiyada restoranların birində maraqlı xidmət var.
Həmin restoranda yemək yeyərkən, həm də sillələnmək istəyənlər üçün də xidmət göstərilir. Bu xidmətin qarşılığı isə 300 yendir.
Naqoyada yerləşən bir restoranda ofisiantlar hər gün onlara baş çəkən müştərilərə belə təcrübələr yaşadırlar. Ənənəvi yapon meyxanası olan İzakayada təklif olunan bu xidmət bəzən müştərilərin stullarından yıxılmasına və onlardan qəribə səslərin çıxmasına səbəb olur.
2012-ci ildə fəaliyyətə başlayan "Şaçihoko" ənənəvi vərdişlər getdikcə populyarlığını itirdiyindən bağlanmaq ərəfəsində olsa da sonradan restoran sahibləri yemək və içkilərlə yanaşı sillə xidməti təklif edərək vəziyyəti dəyişdilər. Belədə nəinki restoran bağlandı, həm də populyarlığını artırdı. Orada müştəriləri məmnun etmək üçün sillə xidməti göstərən işçilər də işə götürüblər. Restoranda müştərilərə yalnız qadın ofisiantların sillə vurmasına icazə verilir. Yanaqlarının qızarmasını istəyən müştərilər əlavə olaraq 500 yen ödəməlidir. Yerli sakinlər və turistlər bu təcrübədən həzz aldıqlarını deyirlər.
Naqoya gecə həyatının ürəyi olan Nişiki Sançomedə yerləşən restoran işçilərinin geyindiyi kostyumlarla da məşhurdur. Kişi ofisiantlar meyxananın loqosundan ilhamlanaraq qızılı kombinezon və balıq formalı papaqlar, qadın işçilər isə parlaq kimono geyinirlər.